Azərbaycanlı gənc ABŞ-da dəm qazından zəhərlənərək öldü

img

23-04-2020 [12:27]


ABŞ-ın Florida ştatında yaşayan azərbaycanlı gənc Seymur Hüseynov dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Bu barədə "Report"un xüsusi müxbirinə Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova məlumat verib. 

O, Seymur Hüseynovun ölümünün Azərbaycan icmasına ağır itki olduğunu bildirib: "Həmyerlimiz avtomobildə yuxuya gedərək dəm qazından zəhərlənib. Hazırda mərhumun nəşinin Vətənə, ailəsinə göndərmək üçün “GoFundMe” yardım fondundan dəstək gözləyirik. 2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərmək üçün qurulan bu fonda soydaşlarımızın köməyi ilə mütəmadi olaraq xeyli pul toplanır. Yığılan maddi vəsaitlə həm cənazəni yola salacağıq, həm də mərhumun ailəsinə yardım edəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA