Bakıda aptekə basqın: qadın satıcı hədələndi və...

img

23-04-2020 [10:16]


Bakıda aptekə basqın edilib.

Hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə qeydə alınıb. 

Naməlum şəxs əlində silahəbənzər əşya ilə aptekə daxil olaraq, orada çalışan şəhər sakini, 1988-ci il təvəllüdlü Esmira İbadovanı hədələyib, kassadan 700 manatı götürüb və hadisə yerindən qaçıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR