Fransada ötən sutkada daha 544 nəfər koronavirusdan vəfat edib

img

22-04-2020 [22:51]


Fransada ötən sutkada daha 544 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkədə virusdan ölənlərin sayı 21 340-a yüksəlib.

“Xəstəxanalarda epidemiyanın başlamasından bəri 13 236 nəfər ölüb, onların 80% -i yaşı 75-dən yuxarı olan insanlardır. Qocalar evlərində, digər tibb və sosial müəssisələrdə isə 8 104 nəfər pandemiyanın qurbanı olub. Ölkədə ümumilikdə koronavirusdan 21 340 şəxs dünyasını dəyişib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA