YAP Siyasi Şurasının üzvü: "Enerji təminatı hər bir ölkə üçün strateji sahədir"
22-04-2020 [18:33]
“İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan möhtərəm Prezdentimiz İlham Əliyev regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının icrasını daim diqqətdə saxlayır. Dövlətimizin başçısı qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi vurğulayır. Bu baxımdan son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər miqyası və əhəmiyyəti ilə seçilir. “Azərenerji” ASC-nin yenidən qurulan baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışındakı nitqində Azərbaycan dövlətinin energetika sahəsinə çox böyük əhəmiyyət verdiyini önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu rəqəmi də açıqladı ki, son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilib. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı.”
Bu fikirləri Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə vurğlayıb ki, enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafında su, qaz, enerji təminatının əsas rol oynadığı inkaredilməzdir. Ölkəmizdə əhalinin və sənaye potensialının artımı bu amili zərurət çevirir ki, energetika sahəsi daim diqqət mərkəzində olsun. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam öz əksini tapır ki, Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Atılan addımlar nəticəsində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrildi.
“Dövlətimizin başçısı açılış mərasimindəki nitqində bu vacib məqama da diqqəti yönəltdi ki, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarıb ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər” söyləyən V. Rəhimzadə qeyd edib ki, Azərbaycanın hər sahədə qazandığı uğurlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında daim liderliyini qoruyan Azərbaycanın enerji sahəsində də reytinqi diqqətçəkəndir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb. Dünya miqyasında isə ikinci yerdəyik. Azərbaycan bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlayıb.
O da bildirilib ki, cənab İlham Əliyev uğurlarımız fonunda hədəfləri açıqlayarkən qeyd edib ki, hələ görüləcək işlər çoxdur. “Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək. Beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaq.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, görüləcək işlərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bunların təməlində generasiya güclərinin yaradılması dayanır. Hazırda ehtiyatda ən azı 1000 meqavat generasiya gücümüz var. Mövcud stansiyaların güclərinin bərpası artıq başa çatır. Paylayıcı şəbəkənin müasir standartlara cavab verməsi gündəlikdə duran əsas məsələlərdən biridir.
Baş redaktor bildirib ki, cənab İlham Əliyev açılış mərasimindəki nitqində müstəqilliyinin 30 yaşı hələ tamam olmayan Azərbaycanın enerji təminatının özəl qurumların əlində olduğu dövrə də diqqət yönəltmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, bu praktika özünü doğrultmadı. Yaranmış problemləri, çatışmazlıqları aradan qaldırmaq istiqamətində ciddi addımlar atıldı və bugünkü inkişaf səviyyəsinə nail olduq: «Ona görə bizim vətəndaşlar bunu bilməlidirlər və xatırlamalıdırlar. Bu gün haradan-hara gəlmişik, dünya miqyasında ikinci yerdəyik. Bu gün bizim enerji potensialımız artan iqtisadiyyatı dəstəkləyir. Təkcə bu ilin 3 ayında, - baxmayaraq ki, neftin qiyməti düşdü, koronavirus pandemiyası bizim ölkəmizə də çox böyük təsir göstərdi, - qeyri-neft sənayesi sahəsində artım 23 faizdir və bütün bu artan sənaye müəssisələri enerji tələb edir. Həm generasiya, həm ötürmə, həm dayanıqlı təchizat - bütün bunlar bu gün təmin edilir. Ona görə hesab edirəm ki, bu gün bu binanın açılışı çox böyük rəmzi məna daşıyır.»
V.Rəhimzadə bu fikri də xüsusi vurğulayıb ki, günümüzün əsas çağırışlarından olan yeni iş yerlərinin yaradılması, ilk növbədə, infrastrukturun yüksək səviyyədə qurulmasını tələb edir: “Özünüməşğulluğun təminatı, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi, ABAD mərkəzlərinin sayının genişləndirilməsi və fəaliyyətlərinin yüksək səviyyədə qurulması infrastrukturun yenilənməsini daim aktuallaşdırır. Təsadüfi deyil ki, bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırılır. Bu gün böyük fəxr hissi lə qeyd etdiyimiz uğurlarımızdan biri məhz qeyri-neft sektoruna investisiya yatırımının həcminin ilbəil artmasıdır. Ölkə əhalisi günümüzün əsas tələbatlarından olan enerji təminatından razılıqlarını ifadə edir. Azərbaycan çox müasir enerji sisteminə malikdir.”
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib