Hava şəraiti pisləşəcək - Xəbərdarlıq

img

22-04-2020 [17:13]


Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. 

Qərb küləyi arabir 15-20 m/s, aprelin 23-də ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA