Respublika Gənclər Kitabxanası “#Kitab səhifələrindən, mavi ekrana” adlı aksiyasını davam etdirir

img

22-04-2020 [12:32]


Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnstagram və Facebook sosial şəbəkələrində “#Kitab səhifələrindən mavi ekrana” adlı aksiyası müvəffəqiyyətlə davam edir.

Mia.az xəbər verir ki, bu aksiya çərçivəsində kitabxana əməkdaşları kitab şəklində olan və oxucu rəğbəti qazanmış əsərlərin motivləri əsasında çəkilən filmlər haqqında video çarxlar hazırlayırlar. Sosial şəbəkə istifadəçiləri kitabxananın əməkdaşları tərəfindən yaradılan bu video çarxları izləyərkən yalnız bu və ya digər kitab haqqında deyil, həmçinin əsərin motivləri əsasında çəkilən kino haqqında da qısa müddətdə tam dolğun, ətraflı məlumat almış olurlar. Aksiyanın əsas məqsədi kino filmlər vasitəsilə ədəbiyyatın təbliği, mütaliəyə marağın artırılması, istifadəçiləri yerli və dünya ədəbiyyatı və həmçinin də kinomatoqrafiyası ilə yaxından tanış etməkdir.

Sözügedən aksiya çərçivəsində “Sevil”, “Almas”, “Səhər”, Dərviş Parisi partladır”, “Qətl günü”, “Bəxt üzüyü”, “Aygün”, “Uzaq sahillərdə”, “Qürur və qərəz”, “Pianoçu” və s. filmləri haqqında video çarxlar hazırlanmışdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “#Kitab səhifələrindən mavi ekrana” adlı aksiyası ilə https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb və https://www.facebook.com/profile.php?id=100011349961279 səhifələri vasitəsilə tanış ola bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR