Lənkəranda kafe sahibi və daha 5 nəfər cərimə olundu - FOTO

img

22-04-2020 [11:52]


Azərbaycanda elan edilən xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Bürcəli kəndində yerləşən “Xanbulan” kafesinin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. 

Obyektə baxış zamanı orada olan kafenin sahibi Həsən Salayev və Lənkəran sakini olan 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA