Maşınla avtoşluq etdi, sosial şəbəkədə paylaşdı, sonrası isə...

img

21-04-2020 [17:00]


Gəncə şəhərində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Kəlbəcər rayon sakini Malik Mamedov sürücülük hüququ olmadan idarə etdiyi “ZAZ-968” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək hərəkətlərini videogörüntüyə almaqla müxtəlif sosial şəbəkələrdə yerləşdirib. 

Onun barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. 

M.Mamedov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR