Meriyada 8 milyonluq tender: qalib şirkətlər kimlərindir?

img

21-04-2020 [12:19]


Bakı Şəhər İcra Hakimiyyəti yanında "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC dövlət müəssisələrinə subsidiyaların verilməsi (1), eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri (2) ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, I tenderin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC, II tenderin qalibi isə "Star Construktion-12" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 4.993.000 manat və 2.994.000 manat, ümumilikdə 7.987.000 min manat ödəniləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR