DÜNYA NEFT BAZARI ÇÖKDÜ - ABŞ nefti 1 dollardan da aşağı düşdü + FOTO

img

20-04-2020 [22:48]


Nyu-Yorkun Nymex əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb. 

 Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, bu markalı neftin bir barelinin qiyməti -13:98 dollara düşüb.

Dünya bazarında Birləşmiş Ştatların nefti olan Qərbi Texas neftinin (WTI - West Texas Intermediate) bir barelinin qiyməti 1 ABŞ sentinə düşüb. 

“Report” xəbər verir ki, ümumilikdə son saatlarda 99% geriləyib.

“Brent” markalı neft isə 8%-dək geriləyərək, 26 ABŞ dolları/barelə düşüb. Qeyd edək ki, bu, son 21 ilin ən aşağı göstəricisidir.

 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR