"Dünya iqtisadiyyatı İkinci Dünya müharibəsindən sonrakı ən güclü böhranla üz-üzədir" - Yaponiya XİN

img

20-04-2020 [12:32]


“Koronavirusun dünya, eləcə də Yaponiya iqtisadiyyatına təsiri son dərəcə ciddidir”.

Bunu Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Moteqi deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatı İkinci Dünya müharibəsindən sonrakı ən güclü böhran ilə üz-üzədir.

Agentliyin məlumatına görə, Yaponiya hökuməti təqribən 1,09 trilyon ABŞ dolları məbləğində böhran əleyhinə tədbirlər paketini təsdiqləyib. Bir sıra ekspertlər ölkədə işsizlik səviyyəsinin 2,72%-ə qədər artacağını proqnozlaşdırır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR