Kreditlərlə bağlı hansı addım atılacaq? - Mikayıl Cabbarov Prezidentə yeni qərar haqda məruzə etdi

img

17-04-2020 [18:07]


"Azərbaycanda bank kreditləri ilə bağlı tənzimləyici tədbirlərin yumşaldılması nəzərdə tutulur".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu addım banklara kredit ödənişləri məsələsində yumşaq davranmağa, vətəndaşlara verilən borcları restrukturizasiya etməyə imkan verəcək. 

"Bu məsələ İşçi Qrup çərçivəsində nəzərdən keçirilir və qısa müddətdə qərarımızı sizə təqdim edəcəyik”, - deyə M.Cabbarov qeyd edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR