"AmCham" Azərbaycan hökumətinə yeni təkliflər təqdim edib
17-04-2020 [12:51]
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") ölkə başçısının müəyyən etdiyi istiqamətlərə və iqtisadi sahədə aparılan islahatlara dəstək olaraq, Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi məqsədilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün mütəmadi olaraq üzvlərinin müşahidə və rəylərini özündə əks etdirən tövsiyə sənədləri hazırlayır və müvafiq dövlət qurumlarına təqdim edir.
Bu barədə Mia.az-a Palatadan məlumat verilib.
Bildirilir ki, sənədlərin sırasına "AmCham Azərbaycan" tərəfindən fərqli mövzularda tərtib edilən mövqe sənədləri də daxildir. Palata tərəfindən iki yeni mövqe sənədi hazırlanmışdır ki, bu sənədlər müvafiq olaraq dövlət satınalmaları və fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri əhatə edir. Hər iki mövqe sənədi ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təqdim edilib.
Dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair mövqe sənədində Azərbaycanda dövlət satınalmalarının tətbiqi zamanı həm satınalan təşkilatlar, həm də malgöndərənlərin qarşılaşdıqları məsələlər strukturlaşdırılmış və mövcud problemlərin aradan qaldırılmasına dair təkliflər öz əksini tapmışdır. Təkliflər satınalma prosesinin iştirakçılarının sərbəst şəkildə müsabiqələrdə iştirakının təmin edilməsi, qanunvericiliklə müəyyən edilən məhdudiyyət və müddətlərin yenidən işlənməsi, tenderin qiymətləndirilməsi prosesində çatışmazlıqların aradan qaldırılması, cari qanunvericilikdə olan ziddiyətlərin aradan qaldırılması və dəqiqləşdirmələrin aparılması məsələlərini əhatə edir.
Belə ki, fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair mövqe sənədində isə Avropa İttifaqının (Aİ) Ümumi Məlumatın Mühafizəsi Qaydalarının (General Data Protection Regulations - “GDPR”) ölkəmizdə tətbiq edilməsinə dair təkliflər yer alıb. Son dövrlərdə ölkəmizdə dövlət xidmətlərinin səviyyəsinin rəqəmsallaşdırılması prosesinin geniş vüsət almasını nəzərə alaraq, Aİ-nin müvafiq Qaydalarını nümunə kimi götürməklə, fərdi məlumatlar haqqında qanunvericiliyin yenidən nəzərdən keçirilməsinə ehtiyac duyulur.
Bu zərurət ondan irəli gəlir ki, Aİ ilə ticarət əlaqələri olan və Aİ ölkələrinə xidmətlər göstərən ölkələr GDPR reqlamentinin əhatə dairəsinə aiddir. Həmçinin, GDPR prinsiplərinin Azərbaycanda tətbiqi ölkənin Aİ ölkələri ilə ticarət əlaqələrinə malik olan kommersiya sektoru üçün də vacibdir. Bu prinsiplərin ölkəmizdə tətbiqi beynəlxalq perspektivdə milli məlumat mərkəzlərinin resurslarının istifadəsi və xaricdən istifadəçilərin cəlb olunması baxımından da olduqca vacibdir. Müvafiq mövqe sənədində GDPR ilə uyğunluq prinsiplərinin tətbiqinə dair yol xəritəsinin işlənib hazırlanması və Azərbaycan Respublikasının fərdi məlumatlar haqqında qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı tövsiyələr öz əksini tapıb.
Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham Azərbaycan" iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 270-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)