Bakıda maşın qadın müğənnini vurub öldürdü

img

16-04-2020 [12:08]


Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə Binəqədi rayonunun C.Xəndan küçəsində qeydə alınıb.

Göyçay rayon sakini Sabit Salmanovun idarə etdiyi "Opel" markalı avtomobil yolu keçən Müşərrəf Verdiyevanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, hadisə zamanı dünyasını dəyişən M.Verdiyeva müğənni idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub