01-10-2013 [12:33]
-Mən babamın ilk qız nəvəsi idim. Mən anadan olanda hamı heyran olmuşdu, bütün günü şəkillərimi çəkir, məni Qreys Kelli adlandırırdılar. Uşaqlıqdan bilirdim ki, sarışın ikona olmaq istəyirəm.
-Bilmirəm, niyə hamı məşhur olmaq istəyir.Yəqin onlar bunun asan iş olduğunu düşünürlər.
-Bir dəfə geyindiyim paltarı, bir də əynimə keçirmirəm, xeyriyyə hərraclarına bağışlayıram. Bəzi xüsusi paltarları isə öz gələcək qızlarım üçün saxlayıram. Ümid edirəm, onlar bəyənəcəklər.
-Əgər mənim övladlarımı paparazzilər bezdirsə, onlara fikir verməməyi və səhv addım atmamağı, məsələn, orta barmaq göstərməməyi məsləhət görəcəm. Belə şəkillərdə pis düşürsən, paparazzilər isə onlara görə daha çox pul alır.
-Mən paxıl deyiləm. İnsanların nə üçün paxıllıq etdiklərini də anlaya bilmirəm. Başqalarına yaxşılıq arzulamaqla vicdanım elə təmizlənir ki!
-Mən Merlin Monronu görmək istəyərdim. Evimin hər yerində onun şəkilləri asılıb. Onun kimi şəxslər haqqında həmişə danışılıb və danışılacaq.
-İnanmıram ki, 75 yaşımda mənim haqqımda danışsınlar.
-Həbsxanada kamera qonşularım mənə çox dəstək olurdular. Biz bütün günü ventilyasiya dəlikləri vasitəsilə söhbət edirdik.
-Azadlığın ən yaxşı xüsusiyyəti – ananı qucaqlamaq imkanıdır. Bu mənim üçün çox vacib idi, çünki həbsxanada qucaqlamağa adam yox idi.
-Öz evində gecə klubunun olması gecə ziyafətləri üçün çox rahatdır, heç yerə getmək lazım deyil.
-Əla ziyafət - əla qonaq siyahısından başlanır.
-Mən brendəm. Mənim işim bu brendin kapitalizasiyasını və tanınmasını artırmaqdır.
-Böhran məni narahat etmir. Mən öz pullarımı etibarlı səhmlərə qoymuşam.
-Qəzetləri oxumuram. Yalnız keçən dəfə nə geyindiyimi və nə qədər qəşəng göründüyümü xatırlamaq üçün qəzetdəki şəkillərimə baxıram.
-Kimsə mənə demişdi ki, seks otuz yaşdan sonra daha xoş olur. Görərik.
-Ən pis günah – maraqsız olmaqdır, bir də başqalarının sənə göstəriş verməyinə icazə vermək.
-Hər günü öz doğma günün kimi yaşamaq lazımdır.
-Uşaqlıqda baytar olmaq istəyirdim. Sonra öyrəndim ki, heyvanları yatızdırmaq lazım gələcək və qərara gəldim ki, yaxşısı budur mən o heyvanların hamısını alıb, öz evimdə saxlayım.
-Mən Cessika Simpson kimi yelbeyin rolu oynayıram. Amma biz bilirik neyləyirik. Biz ağıllı sarışınlarıq.
-Biz iki müharibə aparırıq, iqtisadiyyat dağılır, milyonlarla insan ac yatır və milyonlarla insan aclıqdan, soyqırımdan, hərbi münaqişələrdən və QİÇS-dən ölür. Biz hədsiz dərəcədə ətraf mühiti zibilləmişik. Kimə səs verdiyimi deməyəcəm, amma o, qaradərilidir.
-Mənim plastik cərrahiyə əməliyyatına ehtiyacım yoxdur və heç vaxt ondan istifadə etməyəcəm. O çox hiss olunur. Amma bilirsizmi, mənim çox böyük burnum olsaydı – bilmirəm onda nə edərdim. Böyük burun bütün həyatı korlaya bilər. Ona görə də, əgər qadın həqiqətən də çox pis görünürsə və əgər bu onu xoşbəxt edəcəksə, yəqin, o əməliyyat etdirməlidir. Şükür Allaha, mənim buna ehtiyacım yoxdur.
-Ölümdən sonrakı həyatda mənim yenə 25 yaşım olacaq və mən əylənəcəm. Ən azı buna ümid edirəm. Əgər bir şeyə çox inansan, o mütləq baş verəcək!
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub
Bakı Su Kanal İdarəsinin rəsmisi: "Bizə dedilər ki, daha orada görəcək işiniz yoxdur" - Məhkəmədə inanılmaz iddialar səsləndi
"Bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər..." - Xəbərdarlıq
Fil turisti öldürüb
Bakıya qar yağacaq - Xəbərdarlıq
Türkiyədə servis maşını aşdı: sürücü və 9 şagird xəsarət alıb
DYP sürücülərə müraciət edib
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedir
"Cahan Holdinq"in dövlətə 7 milyondan çox borcu varmış...
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək - Şərtlər
Metronun qarşısında 51 yaşı şəxsi ayaqlarından bıçaqlayıblar
"Azvvallet"ə qadağa qoyulub - Mərkəzi Bank qərar verdi
Müğənnidən inanılmaz açıqlama: "Bilmək olmaz, bir də gördün dostlarım məni zəhərləyib"
İlham Əliyev Əbu-Dabidə - Prezident baş katiblə görüşüb
Həsən Həsənovun oğlu ssenari yazdı, Agentlik 657 min manat ayırdı - "Bəli, bizim tarixi film çəkmək təcrübəmiz yoxdur" (MÜSAHİBƏ)
Vəkil: "Cəmi 100 manat kapitalı olan bu MTK-yə şəhər icra hakimiyyəti icazə verib ki..."
İcra başçılarının "vurulma prosesi" davam edəcək
Dünyanı silkələyən casuslar - TƏHLİL
ABŞ prezidenti: "Bunu ilk dəfə deyirəm, düşünürəm ki..."
DTX-dən DAHA BİR ŞOK ƏMƏLİYYAT: Ukrayna müharibəsinə qatılan Azərbaycan vətəndaşları həbs edildi
Trampdan İrana daha bir xəbərdarlıq: "Əgər razılığa gələ bilməsək, çox pis şeylər baş verəcək"
"Xalqbank"ı Bəylər Əyyubovla nə bağlayır? - VİDEO, FOTO
NƏVƏLƏRİ ŞƏHİD OLAN 87 YAŞLI QADIN PREZİDENTDƏN KÖMƏK İSTƏDİ: "Bizi bu zülmkarlardan xilas edin"
Aİ: "Xarici müstəqil media Qəzzaya buraxılmalıdır"
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var