Qazaxıstan gündəlik neft hasilatını 390 min barel azaldacaq

img

13-04-2020 [15:24]


Qazaxıstan OPEC+ formatı çərçivəsində may və iyun aylarında gündəlik neft hasilatını 390 min barel azaltmağı planlaşdırır. 

Bu barədə Qazaxıstan Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, ötən gün OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. “Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş son düzəlişə əsasən, “OPEC plus”ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln. barel həcmində müəyyənləşib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR