Kreditlər niyə dondurulmur? - Banklar nəyi gözləyir?
13-04-2020 [14:53]
Rəhman ORXAN,
Əməkdar jurnalist
***
Niyə onların heç biri təşəbbüs göstərib, irəli durmur? Bankları da xalqın bu ağır günlərində insafa, qayğıkeşliyə, vətənpərvərliyə ölkə rəhbəri dəvət etməlidirmi?
Dövlətimizin başçısı bütün dünyanı başına götürmüş gərgin epidemik vəziyyəti nəzərə alaraq, xalqımızın sosial çətinliklər qarşında qalmaması, böhranlı şəraitdən mümkün qədər rahatlıqla çıxa bilməsi üçün çox mühüm qərarlar qəbul edib, səmərəli tədbirlər gördüyü halda bank rəhbərləri niyə heç nə baş verməyibmiş kimi, onlara heç nəyin dəxli yoxmuş kimi müəmmalı şəkildə susub durur, bu ağır bəladan xalqımızın üzüağ, çox ziyan görmədən çıxması üçün öz töhfələrini vermək istəmirlər?
Axı, kredit götürənlərin əksəriyyəti hal-hazırda işsizdir və onların ipoteka ödənişləri ən azı 400-500 manat və daha çoxdur ki, bunu ödəmək heç də asan deyil. İpoteka krediti götürmüş gənc ailə indiki imkansızlıq şəraitində bu qədər pulu hardan tapıb versin ki, ailəsi də ac-yalavac qalmasın?
Bu ağır günlərdə əhalinin öz kredit borclarını ödəmələri banklar üçün çoxmu vacibdir? Axı, onsuz da kredit götürülən gündən banklar bütün müştərilərin belinə çox ağır yük qoyublar. 23-29-dan az olmayan kredit faizlərinin azaldılması barədə (xarici ölkələrdə bu rəqəm 5-6 faizdən çox deyil) illərlə danışıqlar getsə də, həmin rəqəm aşağı salınmır ki, salınmır (bununla belə sadəlövh camaatı 14-15 faiz - "effektiv faiz" adı ilə "mədəni şəkildə" aldadıb, kreditə cəlb edir, əslində isə krediti elə 23-29 faizdən başlayaraq çıxırlar. Axı, sadə əmək adamı hardan bilsin ki, "effektiv faiz" nə olan şeydir, əvvəli 23-29-la başlanan, sonda 7-8 faizlə tamamlanan kredit faizinin orta - "effektiv" rəqəmidir).
Təxminən 15 gün əvvəl kredit ödənişlərinin müvəqqəti dondurulması ilə bağlı Milli Məclisdə məsələ qaldırıldı. Diqqətə çatdırıldı ki, indiki gərgin, böhran vəziyyətdə əhali öz kreditlərini ödəyə bilməyəcək, ona görə də bir əncam çəkilsin, ödənişlər heç olmasa iki aylığa dayandırılsın. Rusiyada bu məsələyə ölkə miqyasında baxılıb və kredit borcu olanlar üçün ödənişlər sentyabrın sonuna qədər dayandırılıb (onlar buna "каникул кредитов" deyirlər).
Yaxşı olar ki, bizdə də Beynəlxalq Bank, "Kapitalbank" və digər banklar da daxil olmaqla bütün banklar ölkə başçısının xüsusi göstərişini gözləmədən humanist bir təşəbbüs göstərərək, kredit ödənişlərinin heç olmasa 2-3 ay təxirə salınmasına qərar versinlər. Yəqin ki belə bir qərar bankların fəaliyyətinə, onların gəlirlərinə çox da ciddi təsir göstərməz. (Onsuz da onların gəlirləri digər imkanlı adamların və çox yüksək olan kredit faizlərinin hesabına kifayət qədərdir). Ancaq işlərin dayandırıldığı indiki sıxıntılı, çətin dövrdə kredit ödənişlərinə məcburiyyətin davam etməsi sadə əmək adamlarını, onların ailələrini çox ağır sınaqlar, məhrumiyyətlər qarşısında qoya bilər.
Bankirlər, utanmayın, irəli durun! Axır ki, xalqa dayaq durmağın, sizin də xeyirxahlıq, mərdlik sınağından çıxmağınızın əsl vaxtı, əsl zamanıdır! Utanmayın, ürəkli olun!
MİA.AZ
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...