"Aprel-may ayında 10 milyonluq ölkə ancaq büdcə vəsaitinin..." - İqtisadçıdan şərh

img

13-04-2020 [14:03]


"Aprel-may ayında 10 milyonluq ölkə ancaq büdcə vəsaitinin müxtəlif yollarla paylanılmasına görə ayaqda qala biləcək. Həm büdcədən maaş,təqaüd, müvavinat alanların sayı və analizi, həm də hökumətin sosial liftinə inanmayan cəmiyyətin daxili resurslar hesabına yaratdığı ailədaxili sosial liftlər ölkəni ayaqda tutmağa davam edir". 

Mia.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert iqtisadi aktivlik və ticarət dövriyyəsini ilə bağlı danışıb:

"Əhalimiz 10 mln. nəfərdir və 1,3 mln. nəfər təqaüd alır, 915 min nəfər dövlət sektorunda çalışır deyə maaşını almaqda davam edir, 400 min nəfər dövlətdən müxtəlif sosial müavinat alır, 293 min nəfərə ölkədə prezident təqaüdü verilir, bu insanların cəmi 2,9 mln. nəfər edir.

Son açıqlanan hökumət proqramında özəl sektorun qapadılan sahələrində çalışan 300 min nəfərin maaşını dövlət ödəyəcək, özəl sektorun qapadılmayan sahalərində (ərzaq mağazaları, apteklər, logistika və s.), təqribən 150 min nəfər çalışır, onlar da maaşlarını almaqda davam edəcəklər, 200 min nəfər işsiz vətəndaşa hər ay 190 manat veriləcək , deməli, bu vətəndaşları da ümumi saya əlavə etsək, ölkədə 3 mln. 600 minə yaxın insan hər ay, az-çox pul alır və alacaq. Hər ailədə azı 1, bəzi hallarda isə 2-3 nəfər aylıq pul görəcək. Və ölkənin bütün iqtisadi aktivliyi, ticarət dövriyyəsi yaxın 2 ayda bu şəxslərin, əsasən, büdcədən aldığı pul üzərinə inşa edilib". 


Digər xəbərlər
SON XƏBƏRLƏR