Energetika Nazirliyindən OPEC üzvlərinin tarixi razılaşmasına - Şərh
13-04-2020 [12:16]
Xəbər verdiyimiz kimi, “OPEC plus” ölkələri nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya itisadiyyatı üçün tarixi bir razılaşma əldə olunub. Bu format çərçivəsində ilk dəfə olaraq iki illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan və qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edilib.
Mia.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, “OPEC plus” formatında atılan bu addımlar neft bazarına bir neçə istiqamətdə dəstək verir:
"Əvvəla, hasilatın azaldılması ilə bağlı qərarın mayın 1-dən icrası qarşısında bütün maneələr aradan qalxmış olur.
İkincisi, bu qərarın əhəmiyyəti “OPEC plus” hesabına yalnız may-iyun aylarında gündəlik hasilatın 9,7 mln barrel həcmində azaldılması ilə məhdudlaşmır. Eyni zamanda Səudiyyə Ərəbistanı, Kuveyt və BƏƏ tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 mln barrel həcmində neft istehsal edilməyəcək. Bundan başqa bu qərar “OPEC plus” formatından kənar ölkələrin də hasiatı azaltmalarını təşviq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları da bu prosesə qoşulurlar. ABŞ-ın Meksikanın öhdəliyinin 300 min barrelini öz üzərinə götürməsi buna bir nümunədir. ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının “OPEC plus” ölkələri ilə həmrəylik nümayiş etdirərək, gündəlik neft istehsalını 4-5 mln barrel həcmində könüllü şəkildə azaldacaqları nəzərdə tutulur. Beləliklə, İran, Venesuela və Liviyada gündəlik xam neft hasilatının 2,8 mln. barrel azalacağını da nəzərə alsaq, “OPEC plus” ilə başlayan və digər ölkələrlə dəstəklənən təşəbbüs çərçivəsində mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 mln barrel az neft daxil olacaq. Bu isə koronavirus pandemiyasının neftə qlobal tələbatı kəskin zəiflətdiyi bir vəziyyətdə neft bazarına və neftin qiymət sabitliyinə çox böyük bir töhfədir.
Neft bazarında tarazlığın yaradılmasında ilkin vaxtlardan mühüm rol oyanayan Azərbaycan isə bu dəfə də neft ölkələri arasında uzlaşmanın təmin edilməsində səylərini əsirgəmədi. Azərbayanın bu prosesə töhfəsi dünənki iclasda Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman tərəfindən yüksək qiymətləndirildi. O, ölkələrə təşəkkür edərkən, həm 6 mart, həm də 9 aprel tarixlərində keçirilən iclaslar zamanı nümayiş etdirdiyi mövqeyinə, məsləhətləşmələr prosesində fəal roluna görə Azərbaycanın adını xüsusilə qeyd etdi və minnətdarlığını bildirdi.
Azərbaycan üzərinə götürdüyü öhdəlikləri may ayından etibarən yerinə yetirməklə neft bazarının balanslaşdırılması prosesinə töhfəsini davam etdirəcək.
“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş son düzəlişə əsasən “OPEC plus”ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 mln. barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barrel həcmində qərarlaşır".
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi