ATV-nin əməkdaşına vəzifə verildi

img

12-04-2020 [21:20]


Azad Azərbaycan" televiziya kanalında (ATV) yayımlanan "ATV Səhər" verilişinin baş redaktoru Aytən Əliyeva yeni vəzifəyə təyinat alıb.

Mia.az xəbər verir ki, A.Əliyeva İcbari Sığorta Bürosuna mətbuat katibi təyin edilib.

Qeyd edək ki, A.Əliyeva 1996-cı ildən televiziya sahəsindədir. İxtisasca jurnalist olan A.Əliyeva fəaliyyətinə Azərbaycan Dövlət Televiziyasının "Gənclik" redaksiyasında başlayıb, daha sonra “İnternews”media qurumunda, "Azad Azərbaycan" televiziyasının "Xəbərlər" departamentində çalışıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR