Neft hasilatını azaltmaq barədə yeni razılaşma əldə edilib

img

11-04-2020 [11:13]


Aprelin 10-da “Böyük iyirmilik” (G20) ölkələrinin enerji nazirləri arasındakı videogörüşdə OPEC+ çərçivəsində 2022-ci ilədək müddətə yeni sövdələşmə razılaşdırılıb. 

Mia.az “Report”a istinadla xəbər verir ki, yeni qaydaya görə, neft hasilatı tədricən azaldılmalıdır.

Rusiyanın energetika naziri Aleksandr Novak televiziyaya müsahibəsində OPEC+ formatının iştirakçı ölkələri tərəfindən qarşıdakı iki ay ərzində hasilatın 10 milyon barel, cari ilin ikinci yarısında 8 milyon barel, gələn il isə daha 6 milyon barel azaldılacağını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA