Tacikistan əcnəbilərin ölkəyə giriş və çıxışına müvəqqəti qadağa qoyub

img

10-04-2020 [14:06]


Tacikistan hökuməti koronavirusun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə bütün əcnəbi ölkələrin vətəndaşlarının ölkəyə giriş və çıxışına müvəqqəti qadağa qoyub.

TASSn xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, bu məhdudiyyətlər Tacikistan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatlarına, beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələrinə, həmçinin onların ailə üzvlərinə şamil edilmir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA