“Bir qism məsuliyyətsiz insanlar var ki..." - Deputat "Fövqəladə vəziyyət elan edilməlidir" deyir

img

10-04-2020 [12:58]


SMS-lə icazə tətbiqindən sonra şəhərdə insanların sayı  çoxalıb. Vətəndaşlar  işləri vacib olmasa belə, icazə almağa çalışırlar. Bu isə öz növbəsində virusun yayılma ehtimalını daha da artırır və icazə ilə bağlı məhdudiyyətin tətbiqinə zərurət yaradır.

Maraqlıdır, fövqəladə vəziyyət elan olunmalıdırmı? İnsanların evdə qalması üçün nə etmək lazımdır?

Millət vəkili Fazil Mustafa  məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, tədbirlər daha da sərtləşdirilməlidir və küçəyə çıxış izni olan adamların sayı azalmalıdır:

“Bir qism məsuliyyətsiz insanlar var ki, onlara görə digər vətəndaşlar da əziyyət çəkir. Bunu başqa cür izah etmək mümkün deyil. Maşın əlindən yenə də tərpənmək olmur, yenə də hamı çöllərdədir, heç kim də məsələnin mahiyyətinə varmır. Özlərini qorumaq fikirlərinin olmadığını nümayiş etdirirlər. Hesab edirəm ki, daha sərt qayda olmalıdır. 

Fövqəladə vəziyyət elan edilməlidir. Əslində, fövqəladə vəziyyət elan edilib, bunlar elə onun komponentləridir, sadəcə adını qoymamışıq. Ona görə də bu məsələdə sərtləşdirmə elə karantin rejimində də ola bilər. Daha məhdud qaydaları hökumət, Nazirlər Kabineti yanında Operativ Qərargah gətirə bilmir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR