Rusiya ilə Səudiyyə neftlə bağlı anlaşdı: hasilat azaldılacaq - "Qara qızıl" bahalaşacaqmı?

img

09-04-2020 [20:03]


Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib. 

Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.

Qeyd edilən anlaşmanın bir saat öncə başlayan OPEC+ ölkələrinin virtual iclasında əldə edildiyi deyilir.

Məlumata görə, apreldən etibarən Rusiya gündəlik neft hasilatını 2 milyon barel, Səudiyyə Ərəbistanı isə 4 milyon barel azaldacaq. 

Ümumilikdə isə OPEC+ ölkələrinin gündəlik hasilatı 20 milyon barel azaltmaq istədiyi qeyd edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR