Fernan Lopes: "Qəbələ" maaşımı azaltsa, anlayışla qarşılayaram"

img

09-04-2020 [15:23]


"Hazırkı vəziyyət klublar üçün asan deyil. Bu səbəbdən, maaşlar azaldılsa, anlayışla qarşılayaram".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Fernan Lopes koronavirus pandemiyasına görə bəzi klubların oyunçuların məvaciblərini azaltmasına münasibət bildirərkən deyib.

İspaniyalı yarımmüdafiəçi klubunun belə bir addım atmayacağına inandığını vurğulayıb: "Bilirəm ki, "Qəbələ" maaşımızı tam ödəmək üçün mümkün olan hər şeyi edəcək. Amma bunu etmək mümkün olmasa, klubu başa düşməli və dəstəkləməliyik"

"Qəbələ" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq 25 yaşlı futbolçu karyerasını Azərbaycanda davam etdmirməyin əleyhinə olmadığını da vurğulayıb: "Klub müqaviləmi daha bir il uzatmaq imkanına malikdir. İdman karyeramda hər şeyin ən yaxşısını arzulayıram. Bu, Azərbaycanda olacaqsa, qalacağam".

Lopes "Başqa təklifləriniz varmı" sualına isə belə cavab verib: "Bu işlərlə menecerim məşğul olur. Hazırda "Qəbələ"dən başqa heç bir komanda barədə düşünmürəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR