“AzerGold”un ixracı dayandırıldı

img

09-04-2020 [14:52]


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasil etdiyi metalların daşınması xidmətini həyata keçirən ixtisaslaşmış beynəlxalq logistika şirkəti pandemiya səbəbindən müntəzəm uçuşlar dayandırıldığı üçün xidmət göstərə bilmir.

Bunu “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev bildirib.

O qeyd edib ki, buna görə də ixrac əməliyyatları həyata keçirilmir: “Ümid edirik ki, sözügedən şirkət qısa zaman kəsiyində xidmətə başlayacaq. Əks halda, Cəmiyyət alternativ yolla daşınma üçün müraciət edəcək. Bu isə müvafiq çarter reyslərinin təşkil edilməsi deməkdir. Çarter təyyarə reyslərinin təşkil edilməsi indiki halda kifayət qədər böyük vəsait tələb edir və 5-6 dəfə daha artıq izafi xərclər deməkdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub