İtaliyada rekord sayda insan koronavirusdan sağaldı

img

09-04-2020 [11:27]


İtaliyada son sutka ərzində yeni növ koronavirus səbəbi ilə ölənlərin sayı əvvəlki günlə (604 nəfər) müqayisədə bir qədər azalaraq 542 nəfər olub.

Bu məlumatları İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli verib.

Onun sözlərinə görə, epidemiyanın başlanğıcından bəri koronavirus qurbanlarının ümumi sayı İtaliyada 17,6 min nəfərdən çoxdur.

Virusa yoluxanların sayı son sutkada öncəki günlə (880) müqayisədə artaraq 1 195 nəfər təşkil edib. Eyni zamanda, ölkədə son sutkada rekord sayda insan – 2 099 nəfər koronavirusdan sağalıb. Sağalanların ümumi sayı isə 26 491 nəfərə çatıb.

A.Borrelli qeyd edib ki, hazırda İtaliyada 95 262 nəfər virusa yoluxub. Epidemiyanın başlamasından bəri yoluxmuş insanların sayı sağalmış və ölmüş insanlar da daxil olmaqla 139 422 nəfər olub.

İtaliya KİV ölkədə koronavirusdan ölən həkimlərin sayının 96 nəfərə çatdığını yazıb/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR