Spiker koronavirusdan danışdı: “Dövlət tərəfindən bütün lazımi işlər görülür”

img

09-04-2020 [11:10]


“Bu günlərdə Azərbaycan Prezidenti yeni bir humanist addım atıb. Cənab Prezidentin sərəncamı ilə 176 nəfər əfv edilib. Bu da önu göstərir ki, hər bir insanın sağlamlığı dövlətimiz üçün önəmlidir. Burada əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır”.

Bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Spiker qeyd edib ki, Azərbaycan dünyada koronavirusla mübarizənin ön sıralarında dayanır: “Dövlət tərəfindən bütün lazımi işlər görülür”/Report.

Daha sonra sədr Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında təklif edib ki, pandemiyaya qarşı mübarizədə fədakarlıq nümayiş etdirən insanların əməyi deputatlar tərəfindən ayaq üstə alqışlansın.

Deputatlar pandemiyaya qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəflə yerinə yetirən insanların əməyini ayaq üstə alqışlayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR