“Bakı işğal olunmuş ərazilərdə koronavirusla bağlı siyasi təşəbbüsü ələ almalıdır” - Politoloq
08-04-2020 [22:54]
“Koronavirus dünyanın oturuşmuş qaydalarını dəyişən, qloballaşmaya tamamilə yeni bir fon verən hadisə kimi qiymətləndirilir. Koronavirusla bağlı ən çox diqqətdə olan region Cənubi Qafqaz regionudur”.
Mia.az xəbər verir ki, bu sözləri Yenisabah.az saytına açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib.
Qeyd edib ki, virusla bağlı vacib olan məsələlərdən biri də münaqişəli regionlarda baş verən hadisələrdir:
“Dnestryanı bölgədə Moldova pandemiya ilə əlaqədar bütün bariyerləri aradan qaldırıb. Yəni, Dnestryanı bölgə istədiyini Moldovadan ala bilər. Gürcüstanın prezidenti S.Zurabişvili Ümumdünya Səhiyyə Təşkilatına müraciət edərək, onların ekspertlərini Abxaziyaya gətirdib, bölgədəki vəziyyəti tədqiq etdirdi. İş elə gətirib ki, koronavirusa yoluxmaqdan şübhələndikləri üçün bu gün artıq iki Abxaziya sakini Gürcüstan hökumətinə müraciət edib.
Rəhbərliyin göstərişilə onlar Potidəki xəstəxanalarda yerləşdirilib. Hər iki prizmadan Azərbaycanın rolu olduqca vacibdir. Avrasiya materikində gələcəkdə tranzit-kommunikasiya məsələlərinin necə davam edəcəyi Azərbaycandan çox asılıdır. Çünki Azərbaycan Gürcüstanla birlikdə mterikin qapısı olan dövlətdir. O cümlədən, Azərbaycanın işğal olunmuş ərazisi var. Dağlıq Qarabağ BMT sənədlərinə görə bizim ərazimizdir. Bugünədək heç bir dövlət, hətta Ermənistan özü də Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını təkzib edə bilməyib. Bəli, inkarçılıq mövqeyi tutublar, beynəlxalq hüququ tapdalayıbalr, amma heç bir erməni prezident deməyib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi deyil. Hazırkı vəziyyətdə koronavirusla mübarizədə əldə etdiyimzi uğur bizim Qarabağ məsələsində əldə edəcəyimiz uğura çevrilə bilər. Ona görə də dövlətin, Prezidentin, Nazirlər Kabinetinin karantinlə bağlı çağırışlarına hamılıqla əməl etməliyik. Yaxşı olar ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargah koronavirusla bağlı Dağlıq Qarabağdakı vəziyyətə dair də vaxtaşırı məlumatlar yaysın. Dünya görməlidir ki, Azərbaycan koronavirusla əlaqədar bütün tədbirləri görməyə hazırdır”.
Politoloq qeyd edib ki, Azərbaycan virusun yayıldığı azsaylı ölkələrdəndir ki, donor qismində çıxış edir: “Aktiv dövrdə Çinə yardım göstərildi. Həmçinin ÜST-ə 5 milyon dollar yardım edildi. Qonşumuz İrana da 5 milyon dollar yardım ayrıldı. İndiki çətin dövrdə bu cür davranan dövlət çox azdır. Biz göstərmiyik ki, Azərbaycan öz ərazisindəki bütün dərd-bəla ilə, o cümlədən gözəgörünməz viruslarla da mübarizə aparmağa hazırdır. Biz nəzərə almalıyıq ki, münaqişəli regionlarda koronavirusla əlaqəli məsələlər siyasiləşdirilir. Buna görə də Azərbaycan rəsmiləri aktivləşməli, siyasi təşəbbüsləri ələ almalı, real addımlar atmağa hər zaman hazır olduqlarını göstərməlidirlər".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"