Prezident daha bir fərman imzaladı

img

08-04-2020 [19:15]


Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanında dəyişiklik edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanda bildirilib ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin nizamnamə fondu 954 008 (doqquz yüz əlli dörd min səkkiz) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Agentliyin ilkin nizamnamə fondu 500 000 (beş yüz min) manatd idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR