"Yoluxanların sayı artarsa, karantin müddəti uzadıla bilər" - Hökumətdən saxta sənədlə gəzənlərə xəbərdarlıq

img

08-04-2020 [17:45]


"Karantin müddətinin artırılması vəziyyətin gedişatından asılıdır".

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Hpkumət sözçüsü bildirib ki, koronavirusa yoluxanların sayı artarsa, karantin müddəti uzadıla bilər: "Hətta bugünkü şərtlər daxilində nəinki müddət uzadıla, eyni zamanda, tədbirlər daha da sərtləşdirilə bilər. İnsanlar qaydalara əməl etmir. Hətta bəzən savadlı şəxslər də qaydaları da pozur. Külli miqdarda saxta icazələrlə küçədə gəzənlərin sayı artır".

İ.Məmmədov bildirib ki,  qanunsuz yollarla icazələr alma halları az deyil: "Hətta bir çox dövlət qurumları və şirkətlər işdə ehtiyacları olmayan adamları küçəyə çxımalarına şərait yaradırlar”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR