"Ölkə üzrə 22 tibb müəssisəsi karantin üçün ayrılıb,  53 mindən çox insan testdən keçirilib" - TƏBİB rəhbərindən əhaliyə xəbərdarlıq

img

08-04-2020 [17:28]


"Bütün regionlarda sərhəd-keçid məntəqələrində yüksək səviyyəli karantin yerləri yaradılıb. Oradakı şərait də qənaətbəxşdir".

Mia.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 14-21 günlük karantin müddətində xəstələrin müalicələri üçün hər şey edilir: "Bəzən karantin rejiminin qaydalarını insanlar düzgün başa düşmür. Ona görə də əhali diqqətli olmalıdır".

TƏBİB sədri bildirib ki, nə qədər çox şəxsə vaxtında dəqiq diaqnoz qoyulsa, onda xəstəliyə yoluxanların sayında azalma əldə etmək mümkün olar: "Testlərlə bağlı xüsusi logistika proqramı hazırlanıb. Təcili yardım briqadaları daim hazır vəziyyətdə olurlar. Ölkə üzrə 22 tibb müəssisəsi karantin üçün ayrılıb".

Ramin Bayramlı deyib ki, bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub.

Onun sözlərinə görə, hər hansı problem varsa dərhal aradan qaldırılması üçün lazımi addımlar atılır: "Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa o zaman vəziyyət pisləşəcək. Çünki təcrübə göstərir ki, belə xəstələr daha çox ölür. Ağır halların baş verməməsi üçün qoyulan karantin qaydalarına ciddi əməl etmək lazımdır".

TƏBİB sədri bildirib ki, 105 nəfər arasında 1 nəfər yaşlı qadın daha ağırdır: "Həmin qadın onkoloji xəstədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR