Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu

img

08-04-2020 [15:01]


Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu ilin iyununda keçiriləcək bütün turnirləri ləğv edib. 

Məlumata görə, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il baş tutmayacaq. 

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandıya ilə Andorra yığmaları da mübarizə aparacaqdı. 

Kiçik dövlətlərin Avropa çempinonatının 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. 

FIBA yarış üçün ən yaxşı variantı hazırlamaqdan ötrü toplanacaq və mayda Şuranın növbəti iclasında təqdim edəcək/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR