İranda bir günə 2 minə yaxın insan ölümcül virusa yoluxdu

img

08-04-2020 [13:56]


İranda daha 121 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 4 003 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1997 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 67 286 nəfərə çatıb.

K.Cahanpur həmçinin 29 812 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 956 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR