Teledərslərin sabahkı cədvəli açıqlandı

img

08-04-2020 [12:13]


Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 9-na olan cədvəli açıqlanıb.

Mia.az cədvəli təqdim edir:

Azərbaycan bölməsi

Saat 10:00-da Fiziki tərbiyə, saat 10:15-də XI sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix, saat 11:00-da VIII sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix, saat 11:55-də VII sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix, saat 12:40-da VI sinif üzrə Biologiya, İngilis dili,Coğrafiya, saat 13:00-da IV sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Həyat Bilgisi, saat 13:30-da isə III sinif üzrə isə Azərbaycan dili, Riyaziyyat, Həyat Bilgisi fənlərindən dərslər nümayiş olunacaq.

Rus bölməsi

Saat 14:10-da III sinif üzrə Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 14:40-da V sinif üzrə Rus dili, Riyaziyyat, saat 15.00-da VI sinif üzrə Biologiya, Coğrafiya, saat 15:15-də isə VII sinif üzrə Kimya, Biologiya və Coğrafiya dərsləri yayımlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR