Marneuli və Bolnisidə ümumilikdə 140 min nəfər müayinədən keçrilib

img

07-04-2020 [23:28]


“Marneuli və Bolnisidə ümumilikdə 140 min nəfərin termoskriniq metodu ilə hərarəti ölçülüb”.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, 80-ə yaxın şəxsdə yüksək temperatur qeydə alınıb: “Onların təxminən 30 nəfəri Marneulidəki hərarət ölçmə mərkəzinə çatdırılıb”.

Mərkəz rəhbəri hər iki rayonda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlərin görüldüyünü deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR