Nazir mətbuat konfransında: "4 istiqamət üzrə insanlara sosial dəstək veriləcək"

img

07-04-2020 [17:55]


"4 istiqamət üzrə insanlara sosial dəstək veriləcək. Həyati vacib obyektlərin işini davam etdirməkdə olan iş yerləri üçün işçi təminatı təmin edilib. Bu gün dövlət sektorunda 910 min nəfər əmək müqaviləsi ilə işləyir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyənlər ikinci istiqamətdə dəstək alacaq işçilərdir: "Bu sektorda 660 min əmək müqaviləsi ilə çalışır. Son 10 gündə əmək müqaviləsi ilə işləyənlərin sayında ciddi artım olub. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə işəgötürənlərlə müzakirə aparılır. Onlara izah edilir ki, bu dövrdə maksimum dərəcədə müqavilələrin ləğvi olmasın".

S.Babayev qeyd edib ki, üçüncü istiqamət işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal məşğulluq sahəsində işləyənlərlə əlaqəlidir: "Onlar da sosial cəhətdən ən çox zərbə alanlardır. Bu gün onların sosial təminatı yoxdur. Bu şəxslərin sosial tədbirlərlə əhatə edilməsi tapşırılıb"./Report

"Bəzən əmək müqaviləsi ilə işləyən şəxslər belə birdəfəlik ödəniş almaq üçün müraciət edirlər. Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə digər ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz", - deyən nazir qeyd edib ki, gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etməsi sadəcə işi ləngidir.

S.Babayev qeyd edib ki, məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək: "Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR