BMT-nin Cenevrədəki əməkdaşları koronavirusa yoluxub

img

07-04-2020 [16:40]


BMT-nin Cenevrədəki 10 əməkdaşı koronavirusa yoluxub.

Bu barədə TASS təşkilatın Cenevrə qərargahının nümayəndəsi Alessandra Velluççiyə istinadən məlumat yayıb.

Velluççi bildirib ki, yoluxanlardan ikisi Ticarət və İnkişaf Konfransı katibliyində, ikisi Ətraf Mühit Proqramının regional ofisində və biri Qaçqınlar üzrə Ali Komissarlığın idarəsində çalışanlardır.

Aprelin 3-də A.Velluççi BMT-nin dünyanın müxtəlif bölgələrindəki bölmələrində 111 insanın koronavirusa yoluxduğunu söyləmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA