Gürcüstanda komendant saatında evlilik təklif edən azərbaycanlı cərimələndi

img

07-04-2020 [12:15]


Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində polis komendant saatının tələblərini pozan 9 azərbaycanlı gənci cərimələyib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə ötən gün saat 21:00-dan sonra baş verib.

Gənclərdən biri qıza evlilik təklifi məqsədilə kənd stadionunda dostu ilə birgə ürək formasında ocaq yandırıb.

Qeyd edək ki, Gürcüstanda komendant saatı martın 31-dən etibarən tətbiq olunur. Saat 21:00-dan 06:00-dək bütün ölkə ərazisində piyada və avtomobillərin hərəkəti tam qadağan olunur. Komendant saatının tələblərini pozan fiziki şəxslər min lari (944 ABŞ dolları) məbləğində cərimə olunurlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR