Rusiyada son sutka ərzində 1154 nəfər  koronavirusa yoluxdu, ölənlər var

img

07-04-2020 [11:52]


Rusiyada son sutka ərzində 1154 nəfər  koronavirusa yoluxub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Rusiyada bununla yoluxanların ümumi sayı 7497 nəfərə çatıb.

Məlumata görə, yoluxma faktları 81 regionda qeydə alınıb: "Bununla yanaşı, son sutka ərzində 11 xəstə vəfat edib. 88 nəfər sağalıb. Bununla da sağalanların ümumi sayı 494 nəfərə yüksəlib".

Məlumata görə, Rusiya ərazisində indiyədək koronavirusdan 58 nəfər ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR