İtaliyada son sutka ərzində daha 525 nəfər koronavirusdan öldü

img

05-04-2020 [20:40]


İtaliyada son sutka ərzində daha 525 nəfər koronavirusun qurbanı olub.

Bu barədə hakimiyyət orqanları məlumat yayıb.

Bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 15 887 nəfərə çatıb.

Qeyd edək ki, bu, son vaxtlar ölkədə pandemiyadan ölənlərlə bağlı qeydə alınan ikinci ən yüksək göstəricidir. Son dəfə 2 həftə əvvəl İtaliyada bir gündə 600 nəfər koronavirusun qurbanı olub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR