Azərbaycanda koronavirusa yoluxan iki nəfər vəfat etdi

img

05-04-2020 [19:53]


Azərbaycanda koronavirusa yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: "Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".


Digər xəbərlər
SON XƏBƏRLƏR