Qırğızıstanda da koronavirusa yoluxanların sayı artır

img

05-04-2020 [13:10]


Qırğızıstanda koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 150-ə çatır.

Bu barədə RİA “Novosti”yə respublikanın COVID-19-la mübarizə üzrə qərargahından xəbər verilib.

"5 aprel 2020-ci ildə respublika üzrə COVID-19-a yoluxma ilə bağlı 3 yeni hal təsdiq edilib", - deyə qərargahın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yeni yoluxma hallarının hamısı Bişkekdə aşkarlanıb.

Beləliklə, hazırda Qırğızıstanda koronavirusa 147 yoluxma qeydə alınıb. Xəstələrdən beşi ağır vəziyyətdədir. 

Qeyd edək ki, ölkədə bir nəfər infeksiyanın qurbanı ölüb/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR