Ermənistanda koronavirusa yoluxanların sayı 800-ü ötdü

img

05-04-2020 [11:47]


Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 52 nəfər artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 822-ə çatıb. Qeyd edilir ki, xəstəliyə yoluxmuş 57 nəfər sağalıb, 7 nəfər pandemiyanın qurbanı olub. 

Nazirlik bildirib ki, hazırda 720 nəfərin müalicəsi davam etdirilir. 3 477 nəfərin koronavirus testinin nəticəsi mənfi olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:13 03.07.2020

DİN açıqlama yaydı