Fərdi sahibkarlara dəstək üçün 80, muzdlu işçilərə maaş vermək üçün 215 milyon ayrıldı - Hökumətdən yeni qərarlar

img

04-04-2020 [20:40]


Bu il Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə) nəzərdə tutulub.

Mia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Bu məqsədlə 80 milyon manat ayrılıb. 

***

Bu il Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması) nəzərdə tutulub.

Mia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Bu məqsədlə, 215 milyon manat ayrılıb. 

***

Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Məqsəd işsiz vətəndaşların müvəqqəti məşğulluğunun təmin edilməsidir. Bunun üçün 30 milyon manat ayrılıb. 

Başqa sözlə, hər ictimai işə görə ayda 300 manat əmək haqqı veriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR