İcra Hakimiyyəti işçilərindən etiraz doğuran hərəkət: yaşlı insanların evlərinə ayaqqabı ilə girmələri sərt qarşılandı - FOTO

img

04-04-2020 [11:23]


Ötən gün Qaradağ rayon icra hakimiyyətinin nümayəndələri yaşı 65-dən çox olan və tənha yaşayan 125-dən artıq sakini evlərində ziyarət edib, onlara ərzaq və dərman yardımı ilə köməklik göstəriblər. Bununla bağlı İH xəbər və fotolar yayıb.

Mia.az “Yeni Sabah”a istinadla xəbər verir ki, yayılan fotolar sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub. Buna səbəb isə İH nümayəndələrinin yaşlı insanların evlərinə ayaqqabı ilə daxil olmalarıdır. 

Tənqidlərin birinci səbəbləri millli adət-ənənlərimiz və formalaşmış mədəniyyət göstəriciləri ilə bağlıdır. Bəlli olduğu kimi, Azərbaycanda evə ayaqqabı ilə daxil olmaq etikadan kənar hesab olunur.

Tənqidlərin ikinci səbəbi isə koronavirusun yayıldığı indiki kritik məqamda gigenyik qaydalarla bağlıdır. İtaliyada xəstəliyin sürətlə yayılmasının səbəblərindən bir amilinin də onların ayyaqabı ilə evlərdə gəzmə olduğu iddia edilir. Ayaqqabı ilə insanlar küçədə, avtobusda virusun tüğyan etdiyi istənilən yerdə olur, sonra isə evdə həmin ayaqqabı ilə gəzdikdə onun yayılması üçün münbit şərait yaradılır. 

Bu baxımdan İH nümayəndələrinin elementar gigenyik və mədəniyyət qaydalarına əməl etməməsi pislənilib.

Evə ayaqqabı ilə girdilər, tənqid olundular - Foto

Evə ayaqqabı ilə girdilər, tənqid olundular - Foto


Digər xəbərlər
SON XƏBƏRLƏR