Deputatlığa namizəd nazirliyi məhkəməyə verdi

img

04-04-2020 [11:08]


5-ci çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizəd olan şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəməyə verib. 

Məlumata görə, Bakı İnzibati Məhkəməsində hakim Elvin Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçı Vəkilov Bahadır Kamil oğlunun inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlı şikayətinə baxılacaq. Onu da bildirək ki, Bahadır Vəkilov Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin sədr müavini vəzifəsini daşıyır. 

Qeyd edək ki, 53 saylı Quba-Qusar Seçki Dairəsi üzrə namizəd olan Bahadır Vəkilov 2530 seçicinin səsini qazanmışdı/Yenisabah.az. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA