DİN: "Maska və əlcəyə görə cərimə yoxdur"

img

03-04-2020 [17:09]


Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib.

Mia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlama verib.

O bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur".

E.Zahidov deyib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur: "Məişət tullantılarını atarkən icazə almaq lazım deyil. Vətəndaş zibili atıb geri qayıtmalıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR