“Corona” pivəsinin istehsalı dayandırıldı

img

05-04-2020 [09:11]


Meksika hökuməti “Corona” brendli pivəni iqtisadiyyat üçün önəmsiz hesab edir və şirkət əməkdaşlarına aprelin 30-dək işləməyi yasaqlayıb.

Meksikanın pivə istehsalı şirkəti olan “Grupo Modelo” “Corona” və digər brendli pivələrin hazırlanmasını dayandıracaq.

Məlumata görə, buna səbəb ölkədə koronavirusla əlaqədar görülən karantin tədbirləridir. Hökumət onların fəaliyyətini iqtisadiyyat üçün həyati vacib saymır.

Bundan başqa, “Heineken”in Meksikada buraxdığı “Tecate” və “Dos Equis” pivələrinin də istehsalının dayandırılacağı güman edilir.

Qeyd edək ki, Meksikada koronavirusa yoluxma faktlarının rəsmi sayı 1 500-dən çoxdur. Virus qurbanlarının sayı isə ötən gün 50-yə çatıb./Report

Digər xəbərlər
SON XƏBƏRLƏR