"Bavariya”nın futbolçuları maaşlarının 20 faizindən imtina edir

img

03-04-2020 [11:24]


Almaniya “Bavariya”sının futbolçuları koronavirusa görə kluba kömək etmək üçün maaşlarının 20 faizindən imtina edəcəklər.

Bu barədə Münhen təmsilçisinin İdarə Heyətinin üzvü Oliver Kan klubun rəsmi saytına açıqlama verib.

50 yaşlı sabiq qapıçı oyunçularla yanaşı, məşqçilərin, İdarə Heyəti və Müşahidə Şurası üzvlərinin məvaciblərinin 20 faizindən imtina etdiklərini vurğulayıb. Kan bildirib ki, bu gün həmrəylik hər zamankından daha vacibdir.

Qeyd edək ki, daha öncə İspaniyanın “Atletiko” və “Barselona” klubları maaşların 70 faiz azaldıdığını açıqlayıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR